Ermənilərin yeni yalanını Rusiya səfirliyi ifşa etdi və xəbərdalıq edildi

Ermənilər min fırıldaqdan çıxsalar da, Rusiyanı Dağlıq Qarabağ konfliktinə cəlb edə bilmirlər...

PİA.az xəbər verir ki, düşmənin növbəti cəhdi də uğursuz alınıb.

Məlumata görə, bir sıra erməni sosial şəbəkələrində və erməni mətbuatında Azərbaycan-Ermənistan sərhəddində 2 rus hərbçisinin Azərbaycan ordusunun açdığı atəş nəticəsində öldürüldüyü barədə "feyk" xəbəri yayılmlanıb. Ermənilərin bu fırıldağı isə Rusiya səfirliyi tərəfindən qəzəblə qarşılanıb.

Ermənilər nəhayət ki, Rusiyanın onların imdadına yetişəcəyi ümidiylə atılıb düşdükləri bir zamanda bütün ümidlərini alt-üst edən açıqlama İrəvandakı Rusiya səfirliyindən gəlib. Səfirlik bu məlumatın həqiqəti əks etdirmədiyini vurğulayıb və bu tip təhlükəli yalan məlumatlar yaymamaqla bağlı erməni mətbuatına xəbərdarlıq edib.

PİA.az xəbər verir ki, bu barədə səfirliyin “Facebook”dakı səhifəsində yerləşdirilmiş bəyanatında deyilir.

“Kütləvi nformasiya vasitələri nümayəndələrinin iki rus sərhədçisinin ölümü ilə bağlı bir neçə mənbədə eyni anda ortaya çıxan "məlumatları" şərh etmək istəyi müraciətləri ilə əlaqədar olaraq bildiririk. Bu, həqiqətə uyğun deyil. KİV-i bu cür məlumatlarda diqqətli və tərəfsiz olmağa çağırırıq”, deyə diplomatik missiyanın “Facebook”dakı səhifəsində bildirilib.

pia.az