Moldovada 4-cü prezident seçkiləri keçirilir

Bu gün - noyabrın 1-də Moldovada dördüncü prezident seçkiləri keçirilir.

Modern.az xəbər verir ki, seçkidə 8 namizəd mübarizə aparır. Prezidentliyə namizədlərdən biri 50 faizdən yuxarı səs toplaya bilməsə, seçkilərin ikinci turu keçiriləcək. Y

Əsas mübarizə Moldovanın hazırkı Prezidenti İqor Dodon və sabiq Baş nazir Maya Sandunun arasında gedəcəyi gözlənilir.

Səsvermədə 2 934 017 seçicinin iştirakı nəzərdə tutulub.

Prezident seçkiləri koronovirusun yayılması ilə bağlı elan edilən karantin dövrünə düşdüyü üçün səsvermə zamanı xüsusi qaydalar tətbiq edilir. Koronavirus simptomlarını hiss edən və ya bu virusa yoluxan xəstələr evdən elektron səsverməyə qoşulacaq. Məntəqəyə gələn seçicilər isə temperatur yoxlanışından keçəcək və maska ilə girişinə icazə veriləcək.

Prezident seçkilərinin təhlükəsizliyinə Moldovanın 6 mindən artıq polis işçisi cəlb olunub.

pia.az