Gürcüstanda parlament seçkiləri yekunlaşıb

Gürcüstanında parlament seçkiləri ilə bağlı səsvermə prosesi başa çatıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, yerli vaxtla saat 20:00-da bütün seçki məntəqələri bağlanıb.

Məntəqələrdə səslərin sayılmasına başlanılıb. Gürcüstan üzrə seçki məntəqələrinin 2-5%-i üzrə hesablamalar başa çatandan sonra ilkin nəticələr elan olunacaq.

Yekun nəticələr isə səsvermə günündən 19 gün gec olmayaraq açıqlanacaq.

pia.az