Yaşı 21-dən çox olmayan ən bahalı futbolçular - TOP-10

Yaşı 21-dən çox olmayan ən bahalı futbolçuların reytinqini açıqlanıb.

Qol.az xəbər verir ki, "Forbes" jurnalının hazırladığı siyahıda 10 futbolçu yer alıb. Sıralamaya PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir. Dekabr ayında 22 yaşı tamam lacaq hücumçunun hazırkı transfer qiməti 183,3 milyon avrodur.

İkinci sırada "Atletiko"nun yarımmüdafiəçisi Joau Feliş qərarlaşıb - 104 milyon avro.

İlk "3-lüy"ü 98 milyon avro qiyməti olan "Çelsi"nin futbolçusu Kay Haverts qapayıb.

Yaşı 21-dən çox olmayan ən bahalı futbolçular - TOP-10

Kilian Mbappe (PSJ, Fransa) - 183,3 milyon avro2. Joau Feliş ("Atletiko", İspaniya) - 104 milyon avro3. Kay Haverts ("Çelsi", İngiltərə) - 98 milyon avro4. Alfonso Devis ("Bavariya", Almaniya) - 88,3 milyon avro5. Matteys De Liqt ("Yuventus", İtaliya) - 86,8 milyon avro6. Ceydon Sanço ("Borussiya" Dortmund, Almaniya) - 86,6 milyon avro7. Erlinq Holann ("Borussiya" Dortmund, Almaniya) - 68,3 milyon avro8. Əşrəf Hakimi ("İnter", İtaliya) - 66,3 milyon avro9. Viktor Osimhen ("Napoli", İtaliya) - 63 milyon avro10. Ferran Torres ("Mançester Siti", İtaliya) - 57,7 milyon avro.

pia.az