Paşinyanın Putinə məktubu: "Sənə məktub yazıram, yazıram ki, bağışla..."

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının prezidenti Vladimir Putinin ünvanına məktub yazıb.

Onun məktubunun məzmunu bu gün mediada dərc olunub, maraqlananlar xəbərdardır.

Fəqət əməkdaşımız Paşinyanın Putinə məkrubunda satirik çalarlar görüb və bu barədə ölkəmizin tanınmış şairi Aqşin Yeniseyin məşhur şeirinə parodiya yazıb. "Yazıb" deyəndə, o, şeirin 1-2 misrasını və 5-6 sözünü dəyişdirib.

Sözü gedən parodiya aşağıdakı kimidir:

Sənə məktub yazıram,Yazıram ki, bağışla...Burda hava pis keçmir,Amma bomba, yağışlar...

Arayik bunkerindəBezdiribdir otağıBilirsən, çox pintidir,Yığışdırmır yatağı.

Gerilla az yuyunur,Gəlir gerilladan iy.Çayları soyuq olurYeməkləri alaçiy.

Çirkli ayaqqabılarBatırıbdır hər yeri.Bir qırıq da ümid var,Dron vurmaz bunkeri..

Arsun sabaha baxmır,Arzulayır keçmişi.Çox miskin mənzərədirQorxub batıran kişi

Hələ bunun gecələrqorxub ağlamağı var,Raket səsi gələndəYerdə ağnamağı var.

Üstəgəl, pəncərədənGözünü yola dikmək.Ordu-kömək gözləmək,“Smerç” həsrəti çəkmək.

Dərd ağır, durum da pis,Aman vermir “harop”lar.Imkan varsa, bağışla,Qırılıacaq akoplar.

pia.az