Müğənni Vüqar Muradov cəbhəyə yollanıb

Müğənni Vüqar Muradov da könüllü olaraq Vətən uğrunda döyüşlərə qatılıb və hazırda ön cəbhədədir.

Bu barədə müğənninin özü sosial şəbəkədə məlumat yayıb.

Vüqar Muradov yazıb ki, artıq 10 gündür ön cəbhədə xidmətdədir:

"Artıq 10 gündür ön cəbhədəyəm. Azərbaycan Respublikasına xidmət edirəm və şərəf duyuram. Oxumaq üçün yox, vuruşmaq üçün gəlmişəm.Tezliklə Şuşada görüşərik, özünüzdən muğayət olun. Torpaq öz oğullarını gözləyir".

pia.az