Fransa faşistlərinin lideri ermənilər tərəfdə vuruşmaq üçün Qarabağa gəlir

Fransanın radikal sağçı “Zouaves Paris” (ZVP) qruplaşmasının lideri Mark de Kakkere-Valmenir “Instagram” hesabında Dağlıq Qarabağdakı ermənilərlə birlikdə Azərbaycana qarşı vuruşmağa yollandığını açıqlayıb.

Bu barədə “Caucase de France” “Liberasyen” nəşrinə istinadən məlumat yayıb.

Mark de Kakkere həmçinin hərbi formada əlində “Kalaşnikov” avtomatı ilə fotosunu da paylaşıb.

O, fotosunu “İstiqamət: cəbhə” başlığı ilə təqdim edib. Həmçinin “yerli hakimiyyət”lə əməkdaşlıq etməklə “xarici könüllülər briqadası” formalaşdırmaq arzusunu qeyd edib.

Mark de Kakkere-Valmenir özünü birbaşa olaraq faşist adlandırır. Ancaq Paris şəhərində zorakılığın əsas təxribatçısı olan öz sağ ekstremistlər qruplaşmasına “Zouaves Paris” adını verib.

Paris “zuav”ları özlərini aid etdikləri GUD (Fransa ifrat sağçı tələbə ittifaqı) ənənələrinə uyğun olaraq siyasətlə yumruqları ilə məşğul olurlar. Bu ultrasağçı “zuav”lar Paris küçələrində qarşıdurmalarda və irqçi toqquşmalarda iştirak edirlər. Onlar həmçinin “sarı jiletlilər”in iğtişaşlarında da iştirak ediblər. (virtualaz.org)

pia.az