İzmirdə zəlzələdə ölənlərin sayı 17-yə, yaralıların sayı 709 nəfərə çatıb - Yenilənib

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində ölənlərin sayı 17 nəfərə, xəsarət alanların sayı 709 nəfərə yüksəlib.

Bu barədə Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

***

Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində xəsarət alanların sayı 607 nəfərə çatıb.

PİA.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə İdarə məlumat yayıb.

Məlumata görə, təbii hadisə zamanı 12 nəfər həlak olub.

"Ölənlərin sayı əvvəlki kimi 12 nəfərdir. Yaralıların sayı 607 nəfərə yüksəlib. Xilasedicilər 17 binanın dağıntıları arasında işləyir", - xəbərdə bildirilir.

Qeyd edək ki, Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.

pia.az