İzmirdə zəlzələdə ölənlərin sayı 6-ya, yaralıların sayı 202-ə çatıb - Yenilənib

Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı 202-ə çatıb.

PİA.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

 18.31

İzmirdə baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 152 nəfərə çatıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

Bildirilib ki, 12 binada axtarış-xilasetmə işləri həyata keçirilir. 

İzmir valisi 30-a yaxın binada dağıntının qeydə alındığını qeyd edib.

***

saat 17:53

İzmirdə baş vermiş zəlzələ nəticəsində 4 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ nəticəsində 120 nəfər yaralanıb.

pia.az