Fransanın bütün ərazisində karantin elan edildi

Fransada koronavirus (COVİD-19) təhlükəsi ilə bağlı 30 oktyabrdan etibarən ölkənin bütün ərazisində karantin elan edilib.

PİA.az-ın məlumatına görə, bu barədə ölkə prezidenti Emmanuel Makron bəyan edib.

Onun sözlərinə görə, karantin müddəti dekabrın 1-dək davam edəcək.

Qeyd edək ki, Fransada ilk dəfə karantin mart ayında tətbiq edilib və təxminən iki ay davam edib.

pia.az