Messi Bartomeuya qalib gəldi - “Barselona”nın prezidenti istefa verdi

İspaniyanın “Barselona” futbol klubunun prezidenti Xosep Bartomeu istefaya gedib.

Modern.az xəbər verir ki, bu barədə açıqlama Bartomeunun vəzifəsindən getməsi məsələsinin müzakirə edildiyi Direktorlar Şurasının iclasında verilib.

Xatırladaq ki, "Barselona"nın kapitanı Lionel Messi ilə klub prezidenti arasında ciddi narazılıq baş vermişdi. Bundan sonra Bartomeuya qarşı etimadsızlıq səsverməsi keçirilmişdi.

Qeyd edək ki, Bartomeu “Barselona”nın prezidenti vəzifəsinə 2014-cü ildə təyin edilmişdi.

pia.az