Ağ Evin aparat rəhbərinin evinin qarşısında atışma başladı, müsahibəsi yarımçıq qaldı

ABŞ-da Ağ Evin aparat rəhbəri Mark Medouz atışma səbəbindən telekanala verdiyi müsahibəsini tamamlaya bilməyib.

“Hill” yazır ki, o, müsahibə verdiyi zaman Virciniya ştatının Aleksandriya şəhərində yerləşən evinin qarşısında atışma başlayıb.

Onun “Good morning America” teleşousuna müsahibəsi növbəti həftəyə təxirə salınıb. (oxu.az)

pia.az