Dağıstanda qarayaraya 5 yoluxma faktı qeydə alınıb

Dağıstanın Karabudaxkent rayonunun Kakamaxi kəndində oktyabrın 24-26-sı tarixlərində 5 qarayara faktı qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Səhiyyə Nazirliyi bildirib.

Bildirilib ki, 5 hadisədən 4-ü tibb işçilərinin evlərə baxışı zaman 4 nəfərdə aşkarlanıb. Pasientlərin hamısı təcrid edilib və hospitala yerləşdiriliblər.

Məlumata görə, sonuncu dəfə 2019-cu ilin oktyabrında Respublikanın Novolak rayonunun Novokuli kəndində 4 yoluxma faktı qeydə alınıb.

pia.az