Bakıda mənzildən 30 min manatlıq oğurluq edildi

Bakıda mənzildən 30 min manatlıq oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazindəki evlərin birindən 750 manat, 2000 ABŞ dolları, 6600 manat dəyərində 2 ədəd televizor və 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri C. Əliyev və A. Əliyev saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

pia.az