Ermənilər bu dəfə də Tarkanı “öldürdülər“

Qarabağ savaşını uduzan Ermənistan Azərbaycanla bağlı saxta xəbərlər yayımlamağa davam edir. Belə ki, Ermənistan mətbuatı müğənni Sərdar Ortaçdan sonra indi də digər türkiyəli məşhurları “öldürməyə” başlayıb.

Yenisabah.az xəbər verir ki, Ermənistan İctimai Radiosunun türk saytında aktyorlar Aras Bulut İynemli, Kaan Girgin, aparıcı Alp Kırşan, məşhur aşpaz Burak Özdemir, şoumen Beyazıt Öztürk və müğənni Tarkanın öldürüldüyü yazılıb. Onlar sözügedən məşhurları öldürülən Azərbaycan əsgəri kimi qələmə veriblər.

pia.az