Rusiyada bir gündə virusdan 283 nəfər öldü

Rusiyada koronavirus gün ərzində 283 nəfərin həyatına son qoyub.

Gündəlik yoluxma sayı isə 17 340 nəfər təşkil edib.

Bildirək ki, bu günədək Rusiyada 1 480 646 nəfərə COVID-19 diaqnozu qoyulub, 25 525 nəfər isə virusdan həyatını itirib. Hazırda ölkədə 335 870 aktiv koronaviruslu xəstə var. Tətbiq olunan test sayı isə 55 683 929-a çatıb.

pia.az