Koronavirusa yoluxmanın pik səviyyədə artmasının cəbhədəki vəziyyətə təsirləri...

Müharibə apardığımız bir şəraitdə xəstəxanalarda pandemiya ilə bağlı çıxılmaz vəziyyət yarana bilərmi?..

Professor: “Cəbhə xəbərlərinə görə ölkədə fəallaşma var və sanki koronavirusa arxa plana keçib”.

“Həm cəbhədə, həm də koronavirusla mübarizədə biz Azərbaycan xalqı olaraq uğurlara nail olmalıyıq və uğurla başa çatdırmalıyıq”.

Bu sözləri professor Adil Qeybulla ölkədə koronavirusa yoluxmanın pik səviyyədə artmasının cəbhəyə təsirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə koronavirus (COVID-19) infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 212 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 8 nəfər isə vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 48221 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 40831 nəfər müalicə olunaraq sağalıb, 656 nəfər vəfat edib, aktiv xəstə sayı 6734 nəfərdir.

Koronavirusa yoluxmanın pik səviyyədə artması cəbhədəki vəziyyət necə təsir edə bilər? Xüsusən müharibə apardığımız bir şəraitdə xəstəxanalarda pandemiya ilə bağlı çıxılmaz vəziyyət yarana bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı tibb elmləri doktoru, professor Adil Qeybulla ilə müzakirə edib.

Adil Qeybulla: “Bu yoluxmanın ön cəbhəyə keçməsi və əsgərlər arasında yayılması bizim uğurlu işimizə çox ciddi maneə törədə bilər”.

Yoluxmanın çoxalması ilə bağlı dövlətin də lazımi tədbirləri görəcəyini vurğulayan professor PiA.az-a açıqlamasında əlavə edib ki, artıq yoluxmanın kritik olduğu bir neçə kəndə və rayonlara giriş qadağan edilib. Ola bilər bu coğrafiya bir az da genişlənsin və bəzi qaydalar sərtləşdirilsin:

“Hər bir halda yaranan situasiya çox böyük narahatçılıq doğurur. Təbii ki, bu vəziyyətin yaranmasında hərbi fəaliyyətin də müəyyən rolu var. Yəni cəbhə xəbərlərinə görə ölkədə fəallaşma var və sanki koronavirusa arxa plana keçib.

Rayonlara gediş-gəlişlə bağlı qadağalar sərtləşmişdi. Amma sonradan bu qadağalar nisbətən yumşaldıldı. Cəbhədə də müharibə getdiyinə və Qarabağ məsələsi Azərbaycan üçün önəmli olduğuna görə rayonlara axın çox oldu. Amma hesab edirəm ki, pandemiya yaddan çıxmamalıdır. Çünki bu yoluxmanın ön cəbhəyə keçməsi və əsgərlər arasında yayılması bizim uğurlu işimizə çox ciddi maneə törədə bilər.

Adil Qeybulla: “Hər bir halda yaranan situasiya çox böyük narahatçılıq doğurur”.

Buna görə də hər kəs diqqətli, məsuliyyətli olmalıdır. Biz karantin qaydalarının gözlənilməsinə fikir verməliyik. Dövlət də lazımi tədbirləri görəcək. Artıq yoluxmanın kritik olduğu bir neçə kəndə və rayonlara giriş qadağan edilib. Ola bilər bu coğrafiya bir az da genişlənsin və bəzi qaydalar sərtləşdirilsin.

Hər halda bizim bu gün əsas hədəfimiz Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir. Dövlət tərəfindən lazım olan bütün tədbirlər görülməlidir. Həm cəbhədə, həm də koronavirusla mübarizədə biz Azərbaycan xalqı olaraq uğurlara nail olmalıyıq və uğurla başa çatdırmalıyıq”.

Nərminə UMUDLUpia.az