Bir videoda yüzlərlə erməninin öldüyünü gördüm – Rus ekspert

Paşinyanın elan etdiyi total səfərbərlik sadəcə öz əsgərlərini məhv etməkdir. O, ya qeyri-adekvatdır, ya da sadəcə ikiüzlü avantüristdir.

Bu sözləri öz Feysbuk səhifəsində rusiyalı hərbi ekspert Vladislav Şurıqin paylaşıb.

“Bu günlərdə təxminən bir saat pilotsuz uçan aparatların videosuna baxdım. Bu sadəcə adi qırğındır. Onlarla yox, yüzlərlə hücumdur. Artıq heç bir əhəmiyyətli komanda məntəqəsi, anbar, artilleriya mövqeyi, tanklar yoxdur. İndi ov 3-5 əsgər qruplarına qarşı gedir. Havada tam hökmranlıq var.

Baxdığım bu videoda ölənlər sadəcə yüzlərlədir. Paşinyanın total səfərbərlik çağırışı yalnız öz əsgərlərinin məhv edilməsidir. O, ya qeyri-adekvatdır, ya da sadəcə ikiüzlü avantüristdir. Atəşkəs və danışıqlar lazımdır. Ermənistanı Qarabağda tam məhvdən xilas edəcək yeganə şey budur. Qarabağa Rusiya desantı arzuları sadəcə murdar insanın hallüsinasiyasıdır. Rusiya bu savaşa müdaxilə etməyəcək. Arzu etməyin”, – deyə o bildirib. (Axar.az)

pia.az