Milli Məclis Vəng kəndinin Çinarlı adlandırılması layihəsini müzakirə edəcək

“Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi Milli Məclisə daxil olub.

PİA.az-ın əldə etdiyi məlumata görə, qanun layihəsi Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

Layihə parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə ediləcək.(Report)

pia.az