Şamil Basayevin dəstəsinin üzvləri saxlanılıb

1999-cu ildə Dağıstana təşkil olunmuş hücumun iştirakçılarından ikisi tutulub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətindən (FTX) bildirilib.

Saxlanılanlar Stavropol vilayətindən olan 1975-ci il təvəllüdlü Rəsul Maylubayev və 1977-ci il təvəllüdlü Zahir Yaqubovdur.

Onlar 1999-cu ildə Şamil Basayev və Əmir Xəttabın dəstəsi tərəfindən Dağıstanın Botlix rayonuna təşkil olunmuş hücumda iştirak ediblər.

Həmin hücum zamanı 280 nəfər həlak olub, 800 nəfər yaralanıb.pia.az