Azərbaycan Mərkəzi Bankının sədri milli iqtisadiyyatın vəziyyətini açıqladı

“Bu ilin əvvəlində biz gözlənilmədən çox ciddi xarici şoklarla üz-üzə gəldik”.

PİA.az xəbər verir ki, bunu AZTV-nin efirində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

"Bütövlükdə koronavirus (COVID-19) pandemiyası, iqtisadi fəaliyyətin məhdudlaşdırılması, neft qiymətlərinin aşağı düşməsi, neft hasilatının azalması ilə bağlı “OPEC+” sazişinə qoşulmağımız və sentyabr ayından Ermənistanın hərbi təcavüzü, təbii olaraq iqtisadiyyat üçün ciddi sınaq, ciddi şokdur. Ancaq hazırda iqtisadi terminalogiya ilə desək milli = iqtisadiyyat ideal ştorm vəziyyətindədir”, - deyə o, qeyd edib.

pia.az