“Ölümcül zərbələr barədə xəbərlərdən dəhşətə gəldim” - Emma Nikolson

"Mən Azərbaycanda tez-tez olan bir qonaq kimi Gəncə, Tərtər, Beyləqan və digər şəhərlərə ölümcül zərbələr barədə xəbərlərdən dəhşətə gəldim".

Bunu Böyük Britaniya baş nazirinin Azərbaycandakı ticarət elçisi baronessa Emma Nikolson deyib.

 O, zərbələr nəticəsində ölən və yaralananlar, eləcə də evləri dağılan insanlara görə dərin təəssüf hissi keçirdiyini deyib:

“Mən Tərtərdə açılmış uşaq tədris mərkəzinin işçilərinin təxliyə olunmalı olduğunu eşidəndə sarsıntı keçirdim. İmkan yaranan kimi, Böyük Britaniya münaqişədən əziyyət çəkən uşaqlara köməyini bərpa edəcək”. (Trend)

pia.az