Ermənistanda koronavirusdan ölənlərin sayı 1 100-ü ötdü

Ermənistanda daha 234 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 65 694-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 1 101-ə çatıb. İndiyədək 48 734 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 15 859 aktiv koronavirus xəstəsi var.

pia.az