Koronavirus xəstələri üçün otel açıldı

Çexiyanın paytaxtı Praqada COVID-19-a yoluxan şəxslər üçün hotel istifadəyə verilib.

PİA.az xəbər verir ki, paytaxtın mərkəzində açılan "Legerova 9" adlı hotel "Сzech Inn Hotels" şəbəkəsinə daxildir. Burada xəstəliyə yoluxanlar virusu ailə üzvlərinə keçirməmək üçün bu otelə müraciət edə bilərlər.

Hotel qonaqlar üçün təmas və işçilər olmadan işləyir.

Onların yerləşdirilməsi - hər şey ekranda virtual köməkçi vasitəsilə təşkil edilir, açarlar isə qapıda olur. (Yenisabah.az)

pia.az