Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınır

“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər” barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2 noyabr 2020-ci il tarixinədək bütün təhsil müəssisələrində əlavə tətil günlərinin müəyyən edilməsi nəzərə alınaraq, yerdəyişmə prosesinin həyata keçirilməsi müvəqqəti təxirə salınır.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, elektron portalın açılma tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

pia.az