Futbolçu oyun vaxtı qapıçının üzünü dişlədi

Fransa Liqa 2-də keçirilmiş "Valensyen" - "Soşo" oyununda xoşagəlməz hadisə yaşanıb.

"Report" "RMC Sport"a istian xəbər verir ki, qonaq komandanın futbolçusu Useyn Tuin matçın sonlarında rəqib qapıçı Jerom Priorun sifətini dişləyib.

Final fitindən sonra 25 yaşlı qolkiper bununla bağlı görüşün baş hakimini məlumatlandırıb. Epizodu görməyən referi Tuini cəzalandırmayıb.

Qeyd edək ki, qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

pia.az