Bir ildə məktəbsiz qalan şagirdlər... - Bir nəslin savadsız qalma təhlükəsi var?

Təhsil eksperti: “Mövcud vəziyyət ali təhsil və orta ixtisas təhsil müəssisələrində dərslərin həyata keçirilməsinə ciddi şəkildə problem yaradır”.

“Təhlükəsizlik səbəbi ilə təhsil müəssisələrində tədrisin aparılması təhlükəli ola bilərdi”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov ölkə üzrə bütün təhsil müəssisələrində tətilin elan olunmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib. Qeyd edilib ki, 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur.

Məlumdur ki, dünən koronavirusa yoluxma sayı 500-ü keçdi. Bu gün məktəblərdə 55 şagirdin virusa yoluxduğu açıqlanıb. Bundan əlavə 21 təhsil işçisində də xəstəkik aşkarlanıb.

Son bir ildə təhsil sahəsində ciddi problemlər yaşanır. Bu gün Operativ Qərargəhaln keçirdiyi brifinqdə çıxış edın Təhsil naziri Emin Əmırullatev bildirib ki, notabrın 2-dın sonra təhsil bu və ya digər şəkildə davam edəcək. Lakin onda məlumdur ki, pandemiya ilə bağlı təhsilin keyfiyyətində ciddi problemlər taşanmaqdadır.

Yaranmış vəziyyətdə geriləmə hansı səviyyədədir və son nəticədə bir nəslin müasir tələblərə görə savadsız qalması təhlükəsi yaşanırmı?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədov ilə müzakirə edib.

Kamran Əsədov: “Ölkədə ali və orta ixtisas təhsil müəssisələrində dərslər ya ənənəvi formada tədris olunmalıdı idi, ya da konkret olaraq dərslərə ara verilməli idi”.

Ermənilər tərəfindən hücuma məruz qalan obyektlər sırasında məktəblərin də olduğunu nəzərə çatdıran ekspert PİA.az- açıqlamasında qeyd edib ki, son hadisələrin nəticəsi olaraq müəllimlərin və şagirdlərin təhlükəsizliyini nəzərə alaraq cəbhə bölgəsində 1200-dən çox məktəbin fəaliyyətini dayandırılıb Ekspert bildirib ki, ümumilikdə təhsildəki məhdudiyyətlər xüsusi olaraq ibtidai siniflərdə təhsil alan şagirdlərə mənfi təsir göstərəcək:

“İlk növbədə qeyd edim ki, sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqeləri, habelə mülki əhali iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulur. Ermənilər tərəfindən hücuma məruz qalan obyektlər sırasında məktəblər də var. Buna görə də, son hadisələrin nəticəsi olaraq müəllimlərin və şagirdlərin təhlükəsizliyini nəzərə alaraq cəbhə bölgəsində 1200-dən çox məktəbin fəaliyyətini dayandırılıb.

Mart ayından etibarən pandemiya səbəbindən tədris prosesi dayandırıldı və şagird, tələbələr onlie təhsilə keçdi. İndi isə ölkə müharibə şəraitindədi. İnternetdən istifadə imkanları tamamilə məhdudlaşdırılıb. İnsanlar müxtəlif VPN proqramlarla başqa-başqa ölkələrin ünvanları ilə internetdən istifadə edirlər.

Bütün bunları nəzərə alaraq ölkədə ali və orta ixtisas təhsil müəssisələrində dərslər ya ənənəvi formada tədris olunmalıdı idi, ya da konkret olaraq dərslərə ara verilməli idi. Çünki təhlükəsizlik səbəbi ilə təhsil müəssisələrində tədrisin aparılması təhlükəli ola bilərdi.

Kamran Əsədov: “Mövcud vəziyyət ali təhsil və orta ixtisas təhsil müəssisələrində dərslərin həyata keçirilməsinə ciddi şəkildə problem yaradır”.

Bildiyimiz kimi 19 oktyabrdan 2 noyabra qədər tətil elan olundu. Bu vaxtında atılmış addım idi. Münaqişə başa çatdıqdan sonra tətil günlərinin və konpensasiya edici tədris proqramları hesabına bu boşluqları aradan qaldırmaq mümkündür.

Düzdür, xüsusilə təhsildə məhdudiyyətlər ibtidai siniflərdə təhsil alan şagirdlərə mənfi təsir göstərəcək, amma irəliləyən aylarda tədrisdə nəzərdə tutulmuş tətil günləri hesabına bunların əvəzedilməsi mümkündür. Bütün hallarda isə bütün baş verənlər təhsilin inkişafına, keyfiyyətinə ciddi şəkildə təsir göstərəcək.

Hazırda obtektuv səbıblər ucbatından təhsil alanlar tam şəkildə təmin olunmur və əlçatanlılıq həyata keçirilmir. Orta məktəblərdə təhsil alan şagirdlərin itirilmiş dərsləri tele dərslər hesabına müəyyən qədər konpensasiya edilir. Mövcud vəziyyət ali təhsil və orta ixtisas təhsil müəssisələrində dərslərin həyata keçirilməsinə ciddi şəkildə problem yaradır”.

Nərminə UMUDLUpia.az