“Bu qədər qanın altından necə çıxacaqsan?!” - Daha bir erməni Paşinyanı biabır etdi - Foto

Andranik Gevorgyan adlı sosial şəbəkə istifadəçisi Ermənistanın Baş naziri Nikol Paşinyanı Qarabağda gedən qızğın döyüşlərə görə sərt şəkildə tənqid edib.

PİA.az xəbər verir ki, o, nazirin yalnız özü kimi beyinsizləri aldatdığını yazıb:

“(Söyüş) görürsənmi, bizi və uşaqlarımızı türklərə qarşı necə tək qoydular? Trüdo, Makron və Merkellə dost olduğunu deyib, selfilər çəkdirib, özün kimi beyinsizləri aldatdın. (Söyüş) Başa düşürsən ki, "dostların" xalq döyüş ərəfəsində olanda sənə heç bir şey vermirlər?! (Söyüş) heç olmasa başa düşdün ki, böyük siyasətdə dost yoxdur, maraqlar var?!

A. Gevorgyan Ermənistanın xeyli itki verməsində Paşinyanı günahlandırıb:

“Sənin azğınlığına görə Qarabağın hər santimetri uşaqlarımızın qanı ilə dolub! (Söyüş) bu qədər qanın altından necə çıxacaqsan?!”(Musavat.com)

pia.az