Rusiya daha 3 ölkə ilə uçuşları bərpa edir

Rusiya noyabrın 1-dən etibarən Serbiya, Kuba və Yaponiya ilə aviasiya əlaqələrini bərpa edir.

Bu barədə jurnalistlərə Koronavirusla mübarizə üzrə operativ qərargahdan bildirilib.

Qeyd olunub ki, noyabrın 1-dən etibarən Serbiya (Moskva-Belqrad) və Kubaya (Moskva-Kayo-Koko, Moskva-Santa-Klara) həftədə iki reys, Yaponiyaya isə (həftədə iki dəfə Moskva-Tokio və bir dəfə Vladivostok-Tokio) həftədə üç reys yerinə yetiriləcək.

pia.az