Yardımlıda ağır qəza: sürücü ölüb, sərnişin xəsarət alıb

Yardımlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 6-da saat 15 radələrində rayonun Gendərə kəndi ərazisində Cəlilabad rayon sakini Təbriz Dadaşov idarə etdiyi “QAZ-31029” markalı avtomobili aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

pia.az