Türkiyəli müğənni ordumuza 45 min türk lirəsi ianə etdi

Azərbaycan torpaqları uğrunda sentyabrın 27-si səhər saatlarından başlayan döyüşlər davam edir.

Orduya dəstək məqsədilə xalq könüllü səfərbərliyə gedir, əsgərlərin ərzaq, su və s. ehtiyaclarını ödəmək üçün yardımlar edir. Bu ərəfələrdə azərbaycanlı məşhurlar da Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr etməklə ordumuza və dövlətimizə dəstək kampaniyasını həyata keçirirlər.

Yenisabah.az xəbər verir ki, orduya dəstək olanlar sırasına Türkiyəli müğənni Doğuş da qoşulub. Əsl adı Orhan Baltacı olan sənətçi fonda 45 min türk lirəsi (9554 manat) ianə edib.

Qeyd edək ki, Xalq artisti Emin Ağalarov, Nadir Qafarzadə, Tarix Əliyev, Nazilə Səfərli, Zaur Baxşəliyev də yardıma qoşulanlar arasındadır.

pia.az