Bərdənin qaz təchizatı bərpa olundu

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində yaradılan Qərargah Bərdə rayonunun qaz təchizatı ilə bağlı yeni məlumat yayıb.

PİA.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, belə ki, 2020-ci ilin oktyabrın 5-i saat 15:15-də Bərdə rayonu üzrə qaz təsərrüfatına baxış keçirilərək Bərdə şəhəri və 16 yaşayış məntəqəsinin qaz təchizatı bərpa olunub: "Beləliklə, hazırda Bərdə rayonu tam olaraq təbii qazla təmin edilir".

pia.az