Robert Köçəryan erməni qoşunlarının geri çəkilməsindən sonra Qarabağı tərk etdi

Erməni qoşunlarının darmadağın məğlubiyyətindən və cəbhə boyunca genişmiqyaslı geri çəkilmədən sonra Ermənistanın keçmiş prezidenti, müxalif Qarabağ klanının lideri Robert Köçəryan tələsik Qarabağı tərk edib.

PİA.az bildirir ki, aktiv hərbi əməliyyatlar bərpa olunduqdan dərhal sonra Robert Köçəryan oğlu Levon Köçəryanla birlikdə işğal altında olan Xankəndinə gəlib. Keçmiş prezident Xankəndində tərəfdarları - keçmiş separatçı liderlər Arkadi Qukasyan və Bako Saakyanla təcili toplantı keçirib.

Erməni KİV-lərinin yaydığı məlumatlarda ən maraqlısı isə, R.Köçəryanın Qarabağdan getməsinin motivləridir. Keçmiş prezident Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinlə təcili məsləhətləşmələrə gedib.

Bu barədə eks-prezident aparatının rəhbəri Viktor Soqomonyan Ermənistan mətbuatına deyib. (Virtualaz.org)

pia.az