Rusiyalı ekspert: “Bu birmənalı olaraq Haaqa tribunalı deməkdir”

“Tanınmamış “DQR-in” lideri Araik Arutunyan Azərbaycan şəhərlərindəki hərbi obyektlərə zərbələr endirməyə başladıqlarını açıqlayıb. Təsadüfən bu terrorizm deyil?”

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

Onun sözlərinə görə, mülki obyektlərə və dinc əhaliyə zərbələr endirmək olmaz: “Təəssüflər olsun ki, hərbi əməliyyatlar zamanı bundan tamamilə qaçmaq mümkün deyil. Lakin şəhərlərə zərbə endirməyə başlamaqla bağlı rəsmi bəyanat vermək artıq qırmızı xəttin keçilməsi, birmənalı olaraq Haaqa tribunalı deməkdir”.

pia.az