“Yuventus”dan növbəti transfer

"Yuventus" növbəti transferini rallaşdırıb.

PİA.az Qol.az-a istinadən xəbər verir ki,  Turin təmsiçisi "Udenize"dən Ronaldo Mandrgoranı 10 milyon 700 min avro qarşılığında alıb. Onunla 2025-ci ilin yayınadək müqavilə imzalanıb.

Lakin sözləşməyə əsasən, 23 yaşlı yarımmüdafiəçi cari mövsümün sonunadək icarə əsasında "Udenize"də oynayacaq.

Qeyd edək ki, R.Mandragora "Udenize"yə 2018-ci ildə məhz "Yuventus"dan transfer olunub. O, geridə qalan mövsüm A Seriyasında 26 matça çıxaraq, 2 qolun ötürməsini verib.

pia.az