Saakaşvili hücuma məruz qalması barədə xəbərlərə münasibət bildirib - Yenilənib

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Kiyevdə restoranda hücuma məruz qalması barədə yayılan xəbərlərə münasibət bildirib.

“Report”un yerli bürosu xəbər verir ki, o, “Facebook” səhifəsində məlumatları təkzib edib.

“Əslində kişi qələmlə sadəcə avtoqraf xahiş etmək üçün yaxınlaşdı. Bütün əhvalat bundan ibarətdir”, - M.Saakaşvili yazıb.

Qeyd edək ki, M.Saakaşviliyə hücum olması barədə məlumatları Ukrayna mətbuatı yayıb.

***

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Ukraynanın paytaxtı Kiyev şəhərində restoranda hücuma məruz qalıb.

PİA.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.

Məlumatlara əsasən, naməlum kişi M.Saakaşvilinin olduğu restorana gizlicə daxil olub. O, əlində kəsici alətlə siyasətçiyə yaxınlaşıb və onu hədələyib.

M.Saakaşvilinin mühafizəçiləri həmin şəxsi saxlayıb və polis çağırılıb. Lakin polis hadisə yerinə gələnədək o, qaça bilib. Hücumun motivi araşdırılır. (Report)

pia.az