Tramp, Putin və Makron Qarabağla bağlı birgə bəyanat verəcəklər

Kreml: Həmsədr ölkələrin dövlət başçılarının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı birgə bəyanatı hazırlanır...

Dağlıq Qarabağ münaqişəsi regionunda vəziyyət Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında müzakirə olunub.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə keçirilən iclasda Dağlıq Qarabağ münaqişəsi zonasının təmas xəttindəki vəziyyətə xüsusi diqqət ayrılıb, davam edən döyüşlərlə bağlı son dərəcə narahatlıq ifadə olunub.

Prezident V. Putin iclas iştirakçılarını ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin dövlət başçılarının birgə bəyanatına hazırlıqla bağlı məlumatlandırıb.

“ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron Qarabağdakı vəziyyətlə bağlı birgə bəyanat verəcəklər”, deyə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

pia.az