“Kəndimizi azad edən əsgərlərin ayaqlarından öpürəm...” - Vaqif Bayatlı

Xəbər verdiyimiz kimi bu gün Əməkdar incəsənət xadimi, şair Vaqif Bayatlı Odərin doğum günüdür. O, 1948-ci il oktyabrın 1-də Cəbrayılın Böyük Mərcanlı kəndində doğulub.

V.Bayatlı 27 illik işğaldan sonra doğulduğu kəndin ordumuz tərəfindən azad edilməsinə görə sevindiyini bildirib:

“Təbrikiniz üçün çox sağ olun. Bu gün ordumuz torpaqlarımızın işğaldan azad edilməsi üçün uğurlu əməliyyatlar keçirir. Ordumuz kəndimizi həm də mənim ad günümə görə işğaldan azad edib. Ümumiyyətlə, harda bir türk torpağı azad deyilsə, mən özümü həmişə işğalda sayıram. Yəni tək bizim kənddən söhbət getmir. Kəndimiz azad olunduğuna görə mən də işğaldan azad olundum. Kəndimizi azad edən əsgərləri o torpağa gətirən ayaqlarından öpürəm”.

Şair Moderator.az-a açıqlamasında səhhətinin hələ ki, normal olduğunu bildirib:

“Səhhətimlə hələ ki, çarpışıram. Millətimiz, bütün türk dünyası güclü olsa, mən də güclü olaram. Bir neçə dəfə Türkiyəyə gedib-gəldim, müalicə olundum. İndi yollar bağlıdır. İnşallah sonra gedərəm”.

pia.az