Paşinyan Rusiyaya gedəcək erməni nümayəndənin səfərini ləğv etdi - Nələr baş verir?

PİA.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan erməni nümayəndələrinin Rusiyaya səfərini ləğv edib. Bu barədə erməni mətbuatı məlumat yayıb.

Erməni nümayəndə heyəti 15-ci Rusiya-Ermənistan hərbi-texniki əməkdaşlıq komissiyasının iclasında iştirak edəcəkdi. Erməni nümayəndə heyətinə Ermənistan Müdafiə nazirinin müavini rəhbərlik edəcəkdi. Maraqlıdır ki, daha əvvəl nazir müavinin koronavirusa yoluxması ilə bağlı məlumat yayılmışdı.

pia.az