"Küveyt əmiri sağdır"- Rəsmi, Yenilənib

Küveyt hökumətinin sözçüsü Tariq əl-Muzrik ölkə əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın ölüm xəbərini təkzib edib.

“Report” “Sabah”a istinadən xəbər verir ki, əmirin müalicəsi davam edir.

Qeyd edək ki, dünyanın aparıcı xəbər agentlikləri Küveyt əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın ölümü barədə məlumat yaymışdı. Xatırladaq ki, bu il iyulun 23-də əmir cərahiyyə əməliyyatı keçirib.

***

Küveyt əmiri Sabah əl-Əhməd əl Cabir əs-Sabah 91 yaşında vəfat edib.

“Report” xəbər verir ki, məlumatı “aHaber” yayıb.

Şeyx Sabah əl-Ahmed əl-Cabir əs-Sabah 1929-cu il iyunun 16-da Küveytdə anadan olub. 2006-cı il yanvarın 29-da Küveyt parlamenti tərəfindən əmir vəzifəsinə təsdiqlənib. O, Şeyx Əhməd əl-Cabir əl-Sabahın dördüncü oğlu və Əl-Sabah ailəsinin başçısı idi.

pia.az