Düşmənin hərbi hissə komandiri Spartak Köçəryan da məhv edildi

Ermənistan ordusunun Eçmiədzində dislokasiya olunmuş 61-ci əlahiddə istehkam polkunun 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan bu gün Qarabağda gedən döyüşlərdə məhv edilib. Məlumatı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı çatdırıb. O, Köçəryanın qana batmış hərbi biletinin fotolarını da təqdim edib.

pia.az