“Azərbaycan və Ermənistan mümkün qədər tez substantiv danışıqlara qayıtmalıdır”

ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verənlərə münasibət bildirib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib ki, hər iki tərəf şiddətə son verməlidir.

“Dağlıq Qarabağda hər iki tərəf şiddətə son verməli, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işləməli və mümkün qədər tez substantiv danışıqlara qayıtmalıdırlar”, - deyə M. Pompeo qeyd edib.

pia.az