Tərtərdə düşmən yaşayış evlərini atəşə tutur, layiqli cavabını alır - Cəbhə xəttindən videoreportaj

Qarabağda Ermənistan və Azərbaycan hərbi birləşmələri arasında cəbhəboyu  davam edən şiddətli döyüşlərdən canlı reportajlar vermək üçün cəbhənin Tərtər istiqamətinə ezam olunmuş reportyor qrupumuzun üzvləri Elşən Balaxanılı və Emil Salamoğlu xəbər verirlər ki, şiddətli döyüşlər davam edir.

Reportyorlarımızın verdiyi xəbərə görə, ermənilər mülki əhalinin yaşadığı evləri hədəfə götürüblər, artilleriya qurğuları vasitəsilə əsasən dinc camaatı vururlar.

Əməkdaşlarımız bildirirlər ki, düşmən bütün hallarda layiqli cavabını alır, əsgərlərimiz onların atəş nöqtələrini susdururlar.

Daha ətraflı aşağıdakı videoda: 

pia.az