Qazaxıstanda 69 koronavirusa yoluxma faktı aşkarlandı

Qazaxıstanda gün ərzində 69 koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu günədək ölkədə 107 659 nəfər COVID-19-a yoluxub. Onlardan 102 min 530 nəfər virusa qalib gəlib.

Koronavirus səbəbilə həyatını itirənlərin sayı isə 1 699-dur. Gün ərzində ölüm hadisəsi qeydə alınmayıb.

Bildirək ki, Qazaxıstanda 3 430 nəfər aktiv virus daşıyıcısıdır və onlardan 221 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir. Ölkədə bu günədək 2 milyon 895 min 805 COVID-19 testi tətbiq olunub.

pia.az