Bakıda motosikletlə avtomobil toqquşdu - xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.Belə ki, "Su sonası" şadlıq sarayının yaxınlığında motosikletlə avtomobil toqquşub. Hadisə nəticəsində 1982-ci il təvəllüdlü Rzayev Rövşən İsgəndər oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona hər iki diz qapağının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

pia.az