Türkiyədə koronavirusdan ölənlərin sayı 7800-ü keçdi - Foto

Türkiyədə bu gün daha 73 nəfər koronavirusdan ölüb.

Bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, Türkiyədə koronavirusdan indiyədək 7858 nəfər ölüb. Yoluxma sayı 311 455-dır. Bu gün daha 1318 xəstə evə buraxılıb. Bununla da koronavirusdan sağalanların sayı 273 282 nəfərə çatıb.

pia.az