İranda koronavirus qurbanlarının sayı 25 mini keçdi

İranda son sutka ərzində 3 min 521 nəfərə COVID-19 diaqnozu qoyulub.

Beləliklə, ölkədə ümumi yoluxma sayı 436 min 319 nəfərə çatıb. Onlardan 367 min 829 nəfər sağalıb.

Ölənlərin sayı isə 175 nəfər artaraq 25 min 15 nəfər olub.

Qeyd edək ki, hazırda İranda 43 min 475 nəfər aktiv virus daşıyıcısı var.

pia.az