Dünyada koronavirusa yoluxanların sayı 32 milyonu keçdi 

Dünyada 32 097 341 nəfərdə koronavirus aşkarlanıb.

Virusdan 981 967 xəstə ölüb, 23 680 153 nəfər sağalıb.

Dünyada koronavirusa yoluxma sayı bir milyonu keçən dövlətlər ABŞ (7 139 553 nəfər), Hindistan (5 732 518 nəfər), Braziliya (4 627 780 nəfər) və Rusiyadır (1 122 241 nəfər).

İranda 432 798, Türkiyədə 308 069, Ermənistanda 47 877, Gürcüstanda isə 4 140 nəfərdə koronavirus qeydə alınıb.

Sərhəd qonşularımız arasında virusdan ölümün ən çox müşahidə olunduğu dövlət İrandır (24 840 nəfər).

Azərbaycanda koronavirusa yoluxan 39 524 nəfərin 580-ni ölüb, 37 122-si sağalıb.(oxu.az)

pia.az