Yaxın günlərdə güclü maqnit fırtınası olacaq

Ayın sonuna doğru güclü maqnit fırtınası gözlənilir, onun pik dövrü isə sentyabrın 26-27-də olacaq.

Bunu Günəşin Rentgen Astronomiyası Laboratoriyasının məlumatları göstərir.

Qrafikdə əsas geomaqnit təsirin ayın 27-də olacağını görmək mümkündür.

Ertəsi gün, sentyabrın 28-də isə “maqnitosfer həyəcan” gözlənilir - günəş təsirinin aktivliyi bir qədər azalacaq, amma yenə də hiss olunacaq.(report)

pia.az