Bakıda 20 yaşlı gənc bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

PİA.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Biləcəri qəsəbəsində 2000-ci il təvəllüdlü Sadıqov Sənan Tahir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.(Report)

pia.az